Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kobaxidze: Gürcüstan və Azərbaycan əməkdaşlığı gücləndirmək niyyətindədirlər

Kobaxidze: Gürcüstan və Azərbaycan əməkdaşlığı gücləndirmək niyyətindədirlər


Gürcüstanın Baş naziri İrakli Kobaxidze Tbilisi və Bakının qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığı dərinləşdirmək niyyətində olduqlarını bildirib.

Newscenter.az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində yazıb.

"Azərbaycan Prezidenti İlham Əliyevi və Azərbaycan Respublikasının nümayəndə heyətini Tbilisidə qəbul etməkdən şərəf duyuram. Biz sıx tərəfdaşlığımızı, regionda sülh və sabitliyin vacibliyini, həmçinin qarşılıqlı maraq doğuran sahələrdə Gürcüstan və Azərbaycan arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi imkanlarını vurğuladıq", - o yazıb.

Anar
Xəbəri paylaş