Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezident İlham Əliyevin Gürcüstana səfəri xüsusi əhəmiyyət kəsb edir

Prezident İlham Əliyevin Gürcüstana səfəri xüsusi əhəmiyyət kəsb edir


"Ölkələrimiz müstəqilliyini əldə etdikdən sonra Azərbaycan və Gürcüstan arasında dövlətlərarası münasibətlər bütün sahələr üzrə dinamik inkişaf tendensiyası əsasında strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.

Keçən dövr ərzində rəsmi Bakı və Tbilisi uzunmüddətli maraqlar fonunda Cənubi Qafqazın iqtisadi arxitekturasını formalaşdırmaqla regionu əhəmiyyətli enerji və ticari keçid nöqtələrindən birinə çevirmişdir. Bakı-Tblisi Ceyhan, Cənub Qaz Dəhlizi, Bakı - Tblisi - Qars kimi meqa layihələr bizləri eyni niyyət və maraqlar üzərində cəmləşdirən möhkəm dayaqlardır. Sevindirici haldır ki, bu ritorika hər keçən gün daha da möhkəmlənir və yeni təşəbbüslərlə zənginləşir. Bu mənada, cənab Prezident İlham Əliyevin Gürcüstana səfəri xüsusi əhəmiyyət kəsb edir".

Bunları Newscenter.az-a siyasi şərhçi Pərviz Mirizadə Azərbaycan Prezidentinin Gürcüstana dövlət səfərini şərh edərkən səsləndirib. Onun sözlərinə görə, qlobal və regional prosesləri göz önünə gətirdikdə ölkələrimiz yeni siyasi-iqtisadi çağırışlarla qarşı-qarşıyadır:

"Ticarət yolları üzərində kəskinləşən rəqabət, ən son olaraq İrana qarşı hərbi əməliyyatlar kontekstində Hörmüz boğazı ətrafında yaranmış qeyri-müəyyən situasiya beynəlxalq müstəvidə iqtisadi risklər yaratsa da, Azərbaycan və Gürcüstan kimi qlobal dəhliz üzərində yerləşən ölkələr üçün yeni perspektivlər vəd edir. Yəni, strateji qərarlar yaranmış riskləri fürsətə çevirməyə zəmin yaradır".

Pərviz Mirizadə deyib ki, proseslərin müəyyən təhlükəsizlik tərəfləri də mövcuddur:

"Ən əsası regionda baş verən eskalasiya təhlükəsizlik qayğılarını artırır. Hesab edirəm ki, liderlər məhz bu tip situasiyalarda birgə hərəkət etməyin vacibliyini nəzərə alaraq risklərdən sığortalanmağı hədəfləyirlər".

Süleyman
Xəbəri paylaş