
"Ən pis atəşkəslik razılığı ən yaxşı müharibədən daha yaxşıdır".
Newscenter.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Badamov Pakistanın vasitəçiliyi ilə Amerika ilə İran arasında əldə edilmiş iki həftəlik atəşkəs razılaşmasını şərh edərkən səsləndirib. Millət vəkili deyib ki, sülh döyüş meydanında yox, diplomatiya yolu ilə masa üzərində qurulan dialoqla əldə olunur.
Qeyd edək ki, Birləşmiş Ştatların İrana qarşı hərbi əməliyyatlarına fevralın 28-də start verilib. Ötən müddət ərzində paytax Tehran daxil olmaqla İranın iri şəhərləri Amerika tərəfindən aviazərbələrə məruz qalıb.
Süleyman












































