Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Medal paylama davam edir, yaxud bu qadağa Ağsaqqallar Şurasına aid deyilmi?

Medal paylama davam edir, yaxud bu qadağa Ağsaqqallar Şurasına aid deyilmi?


Bir müddət əvvəl qanunvericiliyə zidd olaraq orden və medal təsis edib onu müxtəlif şəxslərə təqdim edəm qeyri-hökumət təşkilatlarına çağırış edərək bu cür qanunsuz əməllərə yol verməmək tövsiyə edildi. Bəzi QHT-lər həmin tövsiyələri qulaqardına vurduğu üçün hətta bir sıra vətəndaş cəmiyyəti üzvlərinə qarşı yol verdikləri qanunsuz hərəkətlərə görə, hüquqi müstəvidə addım belə atıldı. Ancaq müşahidə edilən son mənzərə ondan ibarətdir ki, hələ də orden-medal təqdimetmə prosesi davam edir. Təəssüflər olsun ki, bu prosesdə nüfuzlu, respublika səviyyəli təşkilatlar da iştirakçı qismindədir.

Newscenter.az xəbər verir ki, Milli Məclisin deputatı Eldar Quliyevin sədri olduğu Azərbaycan Ağsaqallar Şurası bu günlərdə növbəti medalını Türkiyədən gələn qonaqlardan birinə təqdim edim. "Fəxri ağsaqqal" medalının təqdimetmə mərasimində Eldar Quliyevlə yanaşı, cəmiyyətdə ictimai-siyasi çəkisi olan bir neçə nüfuzlu şəxs də iştirak edib. Azərbaycan Ağsaqqallar Şurasının qeyri-hökumət təşkilatı olduğunu nəzərə alsaq, bu qurumun da bilərəkdən, yaxud bilməyərəkdən yalnış addım atdığını deyə bilərik.

P.S.Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Anar
Xəbəri paylaş