
Ermənistan Parlamentinin spikeri Alen Simonyan İstanbulda keçiriləcək Parlamentlərarası Birlik Assambleyası çərçivəsində Azərbaycan Parlamentinin sədri Sahibə Qafarova və gürcüstanlı həmkarı Şalva Papuaşvili ilə görüşməyi planlaşdırır.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu parlament sədri jurnalistlərə verdiyi açıqlamada deyib. O, həmçinin rusiyalı həmkarı Valentina Matviyenko ilə görüşməyi də istisna etməyib.
O, Federasiya Şurasının sədri ilə çox yaxşı, hörmətli münasibətlər qurduğunu və söhbətlərinin həmişə açıq, birbaşa və qarşılıqlı hörmətə əsaslandığını əlavə edib.
Qeyd edək ki, Türkiyənin İstanbul şəhərində Parlamentlərarası Birliyin 152-ci Assambleyası keçiriləcək.
Süleyman













































