Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

​Azərbaycanın zəngin güləş ənənələri var

​Azərbaycanın zəngin güləş ənənələri var


"​Azərbaycan idmançılarının beynəlxalq arenalarda qazandıqlari uğurlar artıq bir ənənə halını almışdır. Bu uğurların növbəti təsdiqi olaraq, Avropa çempionatında həm sərbəst, həm də yunan-roma güləşi üzrə yığma komandalarımızın komanda hesabında zirvədə qərarlaşması ölkəmizdə böyük qürur hissi ilə qarşılanmışdır. Aprelin sonunda Prezident İlham Əliyevin Avropa çempionatında qalib gəlmiş güləşçiləri qəbul etməsi, dövlətin idmana və idmançıya verdiyi yüksək dəyərin növbəti təzahürü kimi tarixə düşdü".

Newscenter.az xəbər verir ki, bunları YAP üzvü Orxan Baxşəliyev deyib. O bildirib ki, ​Prezident İlham Əliyev qəbul zamanı etdiyi çıxışında idmançılarımızın qələbəsini təkcə bir idman uğuru deyil, həm də milli ruhun və dövlət gücünün nümayişi kimi qiymətləndirdi:

"Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycan bu gün dünyada idman ölkəsi kimi tanınır. Bu imicin formalaşması isə təsadüfi deyil; bu, uzun illər ərzində həyata keçirilən sistemli dövlət siyasətinin və şəxsən ölkə rəhbərinin idmana göstərdiyi birbaşa diqqətin nəticəsidir".

O deyib ki, güləşçilərimizin Avropanın ən güclü komandası adını qazanması Azərbaycanın idman infrastrukturuna qoyulan investisiyaların və gənc nəslin fiziki sağlamlığına verilən önəmin məntiqi yekunudur:

"Prezident İlham Əliyevin Milli Olimpiya Komitəsinə rəhbərlik etməyə başladığı dövrdən bu yana idmanda müşahidə olunan sıçrayışlı inkişaf, bu gün güləş meydanlarında qazanılan qızıl medallarda öz əksini tapır".

Anar

Xəbəri paylaş