
"Ümumdünya Şəhərsalma Forumu, WUF13-ün Bakıda keçirilməsini mən iki aspekrtədən təqdirəlayiq hesab edirəm. Birincisi, Azərbaycanın beynəlxalq miqyasda güvənilər, sabit və inkişaf edən ölkə və dünyanın siyasi, mədəni mərkəzinə çevrilməsi, digəri isə daha çox tanınması, əlaqələrini genişləndirməsi, yeni əməkdaşlıq və iqtisadi mənfəət qazandıran platforma olmasıdır".
Bunları Newscenter.az-a siyasi şərhçi Əli Orucov deyib. O bildirib ki, bu cür keçirilən hər bir qlobal nüfuzlu tədbirlər təkcə Azərbaycan təcrübəsinin və modelinin yayılması ilə bahəm, həm də başqa mütərəqqi təcrübələrin mübadiləsi və əxz olunması üçün də vacibdir:
"Yəni Azərbaycan həm öyrədir, həm də öyrənir. Əlbəttə bu cür tendensiyalar xalqın zəngin potensialının üzə çıxarılmasında da mühüm faktora çevrilir. Fikrimcə, WUF13 bizi bir addım daha önə çıxmamıza bir vəsilə olaraq, barəmizdə atılan iftira və yalaçı təbliğatın da aradan qaldırılmasının əyani sübutdur".
Süleyman












































