Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İsmayıllının inkişaf modeli WUF13-də beynəlxalq iştirakçılara təqdim olundu

İsmayıllının inkişaf modeli WUF13-də beynəlxalq iştirakçılara təqdim olundu


Bakı şəhərində keçirilən WUF13 – “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunmuş Ümumdünya Şəhərsalma Forumunda İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov çıxış edib.

Newscenter.az xəbər verir ki, çıxış zamanı qeyd olunub ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu regional inkişaf siyasəti nəticəsində İsmayıllı bu gün həm müasir inkişafı, həm də öz tarixi-mədəni irsini qoruyan nümunəvi bölgələrdən birinə çevrilib.

Lahıc və Basqal kimi qədim yaşayış məntəqələrinin qorunması, infrastruktur layihələri, yeni istehsal sahələrinin yaradılması, turizmin inkişafı və dayanıqlı yaşayış mühitinin formalaşdırılması istiqamətində görülən işlər beynəlxalq iştirakçıların diqqətinə çatdırılıb.

İsmayıllının təcrübəsi göstərir ki, güclü dövlət siyasəti, yerli idarəetmə və özəl investisiyalar bir araya gəldikdə regionlarda dayanıqlı inkişaf, iqtisadi imkanlar və yüksək həyat keyfiyyəti təmin olunur.

İsmayıllı inkişaf edən, öz köklərinə bağlı qalan və gələcəyə inamla addımlayan bir bölgədir.

Belə mötəbər beynəlxalq platformada iştirak etmək imkanı yaratdığına görə ölkə rəhbərliyinə təşəkkür edir, İsmayıllının inkişafı naminə həyata keçirilən bütün layihələrə dəstək olan hər kəsə minnətdarlığımızı bildiririk.

Ruhiyyə Mehdiyeva
Xəbəri paylaş