Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ADY-nin qiymətləri ağlasığmazdır və heç bir məntiqə uyğun deyil

ADY-nin qiymətləri ağlasığmazdır və heç bir məntiqə uyğun deyil



"Gözlənildiyi kimi oldu. ADY-nin qiymətləri yenə ağlasığmazdır və heç bir məntiqə uyğun deyil".

Newscenter.az xəbər verir ki, bunları Azərbaycan İnternet Forumunun prezidenti, Multimedia Mərkəzinin direktoru Osman Gündüz deyib. O bildirib ki, artıq bir dəfə ADY bu tip ağlasığmaz qiymət siyasətini Bakı - Balakən qatarında sınaqdan keçirib:

"İndi də bu cür reallığa uyğun olmayan qiymətləri Bakı - Tbilisi üçün də tətbiq etməyi planlayır. Artıq açıqlama verilib.
O dərəcədə yüksəkdir ki, bəlkə hələlik kəşfiyyat aparırlar.
Belə ki, ADY ala yarımçıq , hiss olunur çox ehtiyatla, mətləbə heç bir dəxli olmayan 51 manatı önə çıxarmaqla, kupe və SV -nin qiymətini hələlik gizli saxlamaqla qiymət açıqlaması verib. Bakı -Tbikisi qatarı üçün indiki halda Plaskart - 81 manatdır. Kupe qiyməti açıqlanmayıb, hələlik qapalıdır. Həmçinin SV - açıqlanmayıb, hələlik qapalıdır. 2019-cu ilədək olan qiymətlər isə belə idi. Plaskart - 24-26 manat, Kupe - 35-40 manat, SV (yataqlı) - 57-60 manat.

Düşünürəm ki, ADY bu məntiqilə, "Bakı -Balakən qatarı" prinsipilə yanaşacaqsa Bakı - Tbilisi üçün ağlasığmaz görünsə də , Kupe və SV qiymətləri belə ola biləcək :
ADY-nin hələlik gizli saxlanan qiymətləri Kupe - 120 manat
SV - 230 manat ola bilər".

Osman Gündüz hesab edir ki, bu qiymətlər çoxdan hazırdı, sadəcə ADY bəlkə də utanır onları açıqlamağa:

"Bir daha qeyd etmək istərdim ki , dəmir yolu infrastrukturunun dirçəldilməsi istiqamətində ADY -nin səyləri təqdirəlayiq olsa da qiymət siyasəti ağlasığmazdır.
Güman ki hökumətdən subsidiya ala bilmədiyindən həmin vəsaitləri əhalidən almağı hədəfləyiblər.

Görəsən hökumət nə deyəcək ADY-nin bu yanaşmasına ? İmkan veriləcəkmi? Hökumət imkan verecəkmi belə ağlasığmaz qiymətlərə, amma görünən odur ki, hər hansı hesablamaya və reallığa uyğun olmayan, ağlabatan olmayan bir qiymət təklif olunub".

Süleyman
Xəbəri paylaş