
“AzTürk Holding”in prezidenti Güləli Bağırov bu gün ölkəmizin qabaqcıl ali təhsil müəssisələrindən biri olan Milli Aviasiya Akademiyasinda olub.
Newsenter.az xəbər verir ki, səfər çərçivəsində akademiyanın I vitse-prezidenti, professor Ədalət müəllim və yeni texnologiyalar üzrə prorektoru Xəqani Abdullayev ilə görüş keçirilib. Görüş zamanı aviasiya sahəsində tətbiq olunan yeni texnologiyalar, innovativ inkişaf istiqamətləri, eləcə də elm və biznes əməkdaşlığının perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, görüşdə gələcəkdə həyata keçirilə biləcək birgə layihələr, müasir texnologiyaların tətbiqi və gənclərin innovativ sahələrə marağının artırılması məsələləri də müzakirə olunub.
“AzTürk Holding” rəhbərliyi ölkəmizdə elm, təhsil və texnologiyanın inkişafına yönəlmiş təşəbbüslərə bundan sonra da dəstək verməyə davam edəcəyini bildirib.
Süleyman












































