
Bakı 29 saylı mediasiya təşkilatının “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsi ilə tənzimlənən tələblərə uyğunluqları müəyyən edilmiş, Mediasiya Şurası İdarə Heyətinin qərarı ilə Bakı 29 saylı mediasiya təşkilatı Şuranın üzvlüyünə qəbul edilərək təşkilat barədə məlumatlar mediasiya təşkilatları reyestrinə daxil edilmişdir.
Newscenter.az Mediasiya Şurasına istinadən xəbər verir ki,
Bakı şəhəri üzrə vətəndaşlar 21 may 2026-cı il tarixindən etibarən Bakı 29 saylı mediasiya təşkilatına müraciət edə bilərlər.
Bakı 29 saylı mediasiya təşkilatına Venera Əsgərova rəhbərlik edəcək. Təşkilatın ofisi Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsi, ev 6-da yerləşir.
Süleyman











































