Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyənin Yeditepe Universitetində Azərbaycanın Mediasiya Qanunvericiliyi və praktikasının təqdimatı olub

Türkiyənin Yeditepe Universitetində Azərbaycanın Mediasiya Qanunvericiliyi və praktikasının təqdimatı olub



Türkiyənin İstanbul şəhəri, Yeditepe Universitetində “Azərbaycan Hüquq Körpüsü – Gənc Hüquqşünaslar Platformu” layihəsi çərçivəsində “Sertifika-1” proqramı təşkil olunub. Tədbirin əsas məqsədi Azərbaycan və Türkiyə arasında əməkdaşlığın inkişaf etdirilməsi, mediasiya sahəsində təcrübə və bilik mübadiləsinin təşviqi, həmçinin gənc hüquqşünasların beynəlxalq platformalarda iştirak imkanlarının genişləndirilməsi olub.

Newscenter.az xəbər verir ki, tədbirdə müxtəlif hüquq istiqamətləri üzrə akademiklər, hüquqşünaslar, mediatorlar və sahə üzrə mütəxəssislər iştirak ediblər. Açılış nitqləri zamanı hüquqi dövlət prinsipləri, müasir hüquq sistemlərinin inkişaf tendensiyaları, tibbi hüquq, ailə hüququ və mediasiya sahəsində aktual məsələlər müzakirə olunub.

Tədbirdə Azərbaycan Respublikasının Mediasiya Şurası, Şuranın İdarə Heyətinin üzvü Sima Yaqubova və Bakı 9 Saylı Mediasiya Təşkilatının direktoru Leyla Nəsibova təmsil edib.

Sima Yaqubova çıxışı zamanı mediasiyanın müasir hüquq sistemində artan rolundan, mübahisələrin alternativ həlli mexanizmlərinin cəmiyyət üçün əhəmiyyətindən danışıb. O, xüsusilə Azərbaycan Respublikasının Mediasiya Qanunvericiliyi və praktikası barədə məlumat verib.

Tədbirdə iştirak edən Leyla Nəsibova isə çıxışında mediasiya təşkilatlarının fəaliyyəti, mediasiya sahəsində aparılan institusional islahatlar və mediatorların peşəkar inkişafı istiqamətində həyata keçirilən layihələr barədə iştirakçılara ətraflı məlumat verib.

Süleyman
Xəbəri paylaş