
"Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov WUF13 çərçivəsində keçirilən dəyirmi masada çıxışı zamanı deyib ki, son 20 ildə (2006-2026-cı illərdə) Bakının şəhər infratrukturuna təxminən 180 milyard manat investisiya yatırılıb".
Newscenter.az-ın xəbərinə görə, bunları deyən Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynovun qənaətincə, bu rəqəm doğrudur və Bakının müasir standartlara uyğunlaşması üçün son illərdə həqiqətən də çox iş görülüb:
"Lakin həmin investisiya səmərəli istifadə edilmədiyinə görə indiyə qədər nə drenaj-kanalizasiya sistemi, nədəki nəqliyyat-tıxac problemi öz həllini tapmayıb. Ona görə də hər dəfə yağış yağan kimi paytaxtda yol hərəkəti tamamilə iflic olur".
Komitə sədri ümid edir ki, WUF13-dən sonra bu məsələlər də öz həllini tapacaq.
Süleyman












































