Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zelenski məhkəməyə verildi

Zelenski məhkəməyə verildi


Ukraynalı iş adamı Timur Mindıç, korrupsiya qalmaqalı fonunda Volodimir Zelenski tərəfindən ona qarşı tətbiq edilən sanksiyaların ləğvi üçün iddia qaldırıb.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Ali Radanın üzvü Yaroslav Jeleznyak bildirib.

Qeyd edək ki, mart ayında isə Mindıç Jeleznyaka qarşı şərəf, ləyaqət və işgüzar nüfuza xələl gətirmə ittihamı ilə iddia qaldırıb.

Mindiç Zelenskinin dostu və pul kisəsi adlandırılır. Ötən ilin noyabr ayında Ukraynanın Milli Antikorrupsiya Bürosu və Xüsusi Antikorrupsiya Prokurorluğu (NABU və SAP) Mindiçin rəhbərlik etdiyi enerji sektorunda böyük bir korrupsiya sxemini aşkar etmək üçün "Midas Əməliyyatı" adlı genişmiqyaslı əməliyyat həyata keçirib. O, axtarışlardan bir neçə saat əvvəl Ukraynanı tərk edib və hazırda İsraildədir. NABU ona qiyabi ittiham irəli sürüb və mənzilində korrupsiya sxemlərinin müzakirə olunduğu söhbətlərin səs yazılarından parçalar dərc etməyə başlayıb. Ümumilikdə 1000 saatlıq səs yazısı mövcuddur.

Qalmaqal fonunda özünü Mindiçdən uzaqlaşdırmaq cəhdi ilə Zelenski ötən ilin noyabr ayında ona qarşı sanksiyalar tətbiq edib.

Arzu
Xəbəri paylaş