Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ və İran arasında yeni saziş bağlana bilər

ABŞ və İran arasında yeni saziş bağlana bilər


"ABŞ və İran arasında Pakistanın vasitəçiliyi ilə yeni saziş bağlanmasi mümkün ola bilər. Bu saziş İranın kaputilyasiyası deyil, ABŞ-la İran arasında eyni statusda sazişin bağlanması mümkündür".

Newscenter.az xəbər verir ki. bunları siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, bu müqavilədə məğlub və qalib tərəf olmayacaq:

"Tərəflər tam atəşkəsə gedir, Hörmüz boğazında müştərək monitorinq tətbiq edilir. İrana bir sıra sanksiyalar aradan qaldırılır".

Onun sözlərinə görə, tərəflər arasında tam atəşkəs və hücum etməmək razılığı əldə edilir:

"Növbəti mərhələdə danışıqlar başlayır. Ənənəvi fars diplomatiyası D. Trampı çətin vəziyyətlə üzləşdirib. Müharibədə ABŞ təklifini qəbul etməyən İran danışıqlar masasında mövqeyini gücləndirməyi bacarır. ABŞ Iranla saziş bağlayarsa, Yaxın Şərqdə körfəz ölkələrini sıxışdıracaq".

Süleyman
Xəbəri paylaş