
"Ermənistanda iyunda baş tutacaq parlament seçkilərinin gərgin siyasi atmosferdə keçəcəyi şübhə doğurmur. Hər ötən gün parlament seçkilərinə qoşulan siyasi qüvvələr arasında gərginlik bir qədər də artır və vəziyyət ciddi qarşıdurma səviyyəsinə gəlib çatıb. Seçki gününə qədər erməni cəmiyyətinin bir çox sürprizlərlə qarşılaşacağı istisna edilmir".
Newscenter.az xəbər verir ki, bunları politoloq Arzuman Muradlı Ermənistandakı seçkiqabağı vəziyyəti şərh edərkən səsləndirib. Onun sözlərinə görə, müharibə tərəfdarı olan revanşistlərin gücü hər nə qədər zəif olsa da, ancaq ümumilikdə Paşinyan üçün ciddi problem hesab edilirlər:
"İndiki halda hələlik seçkilərin favoriti Paşinyandır. Çünki onun əleyhidarlarının parçalanmış şəkildə seçkilərə getməsi Paşinyanın seşkilərdə qələbə qazanmaq şansını artırır. Ancaq dediyim kimi seçkilərə qədər müəyyən sürprizlərin də olması mümkündür. Çünki tərəflər kifayət qədər gərgin siyasi mübarizə mərhələsinə qədərm qoyublar".
Arzuman Muradlı hesab edir ki, vəziyyət bu cür davam etsə seçki günü Ermənistanda silahlı qarşıdurma belə baş verə bilər:
"Hətta yaxın keçmişdə baş verən mart hadisələrinin də təkrarlanması mümkün variantlardan hesab olunur. Bu isə erməni cəmiyyətini yenidən daha 5-10 il geri atmış olacaq".
Süleyman












































