Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Banqladeşdə yük maşınının qəzaya uğraması nəticəsində 15 nəfər həlak olub

Banqladeşdə yük maşınının qəzaya uğraması nəticəsində 15 nəfər həlak olub


Banqladeşin mərkəzindəki Dəkkə əyalətində yük maşınının aşması nəticəsində ən azı 15 nəfər ölüb, altı nəfər yaralanıb.

Newscenter.az xəbər verir ki, bu barədə "The Daily Star" qəzeti məlumat yayıb.

Agentliyin məlumatına görə, hadisə Banqladeş paytaxtından təxminən 100 kilometr şimal-qərbdə yerləşən Tanqail rayonundakı magistral yolda baş verib. Armaturla yüklənmiş yük maşınında həmçinin Qurban bayramını qeyd etməyə gedən insanlar da olub. Polis "The Daily Star" qəzetinə 15 nəfərin hadisə yerində öldüyünü, altı nəfərin isə yerli xəstəxanaya aparıldığını təsdiqləyib.

İlkin ehtimala görə, sürücü sükan arxasında yuxuya gedib və nəticədə yük maşını aşaraq yol kənarındakı xəndəyə düşüb. Sərnişinlər armaturla əzilib.

Aygün
Xəbəri paylaş