Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hesablama Palatasında növbəti Kollegiya iclası keçirilib

Hesablama Palatasında növbəti Kollegiya iclası keçirilib


Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə geniş tərkibdə Kollegiya iclası keçirilib.

Newscenter.az xəbər verir ki, iclasda “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”a Azərbaycan Respublikası Hesablama Palatasının Rəyi müzakirə edilib. Müzakirələrdə dövlət büdcəsinin əsas parametrlərinin təhlili üzrə əldə edilmiş əsas nəticələrdən bəhs olunub. Bildirilib ki, əvvəlki və cari ildə Hesablama Palatası tərəfindən irəli sürülən təklif və tövsiyələrin əsas hissəsi büdcə sənədləşməsində nəzərə alınıb.

Müzakirələrin nəticəsində Rəyin təsdiq olunması və Azərbaycan Respublikası Milli Məclisinə göndərilməsi barədə qərar qəbul edilib.

Süleyman
Xəbəri paylaş