Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Erməni soyqırımı” iftirası heç bir hüquqi qüvvəyə malik deyil

“Erməni soyqırımı” iftirası heç bir hüquqi qüvvəyə malik deyil


"Hüquq baxımından “erməni soyqırımı” iftirası beynəlxalq məhkəmə qərarı mövcud olmadığından heç bir hüquqi qüvvəyə malik deyil. Bu, bəzi dövlətlərin təzyiq metodu və dünyadakı erməni lobbisindən asılılığı səbəbindən qəbul etdikləri siyasi qərardır".

Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Rəfael Becanov deyib. O bildirib ki, indiyə qədər də bəzi dövlətlərin parlamentləri bununla bağlı siyasi qərarları mövcuddur:

"Yəni Avropa, Asiya və Amerika qitələrindən bir çox ölkələr, eləcə də bəzi beynəlxalq təşkilatlar bu qərarı qəbul edib. Lakin bu qərarlar beynəlxalq hüquq baxımından məhkəmə hökmü və ya hüquqi faktı təsbit edən akt sayılmır. Ona görə də həmin qərarları ciddiyə almağa dəymir".

O qeyd edib ki, Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi Konvensiyaya görə, soyqırımı cinayətinin mövcudluğu hüquqi prosedurlar çərçivəsində olmalı, müvafiq məhkəmə araşdırması aparılmalıdır:

"Cinayət faktı təsbit olunarsa, bu, səlahiyyətli məhkəmənin qərarı ilə müəyyən edilməlidir. "Erməni soyqırımı" deyilən bu tarixi iftirayla bağlı isə nə Beynəlxalq Ədalət Məhkəməsi, nə də Beynəlxalq Cinayət Məhkəməsinin hər hansısa hökmü var. Bu isə o deməkdir ki, "erməni soyqırımı" adı ilə qəbul edilən siyasi qərarlar təzyiq üçündür, kağız və yaxud bir kompüter faylının israfından başqa heç bir əhəmiyyəti daşımır".

Süleyman
Xəbəri paylaş