Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tokayev ŞƏT-in İnkişaf Bankının qərargahının Qazaxıstanda yerləşməsini təklif edib

Tokayev ŞƏT-in İnkişaf Bankının qərargahının Qazaxıstanda yerləşməsini təklif edib


Qazaxıstan bütün üzv dövlətlərin razılığı ilə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) İnkişaf Bankının qərargahına ev sahibliyi etməyə hazırdır.

Newscenter.az Akorda-ya istinadən bildirir ki, bu barədə Prezident Kasım-Jomart Tokayev Bişkekdə ŞƏT Dövlət Başçıları Şurasının iclasında bildirib.

"Qazaxıstan Çinin ŞƏT İnkişaf Bankının yaradılması təşəbbüsünü dəstəkləyir. Biz hesab edirik ki, bankın resurslarını əsasən infrastruktur, texnologiya və sənaye layihələrinə yönəltmək məqsədəuyğun olardı. Üzv dövlətlər arasında razılıq olarsa, Qazaxıstan bu qurumu və onun qərargahını qəbul edə bilər", - Tokayev deyib.

Qazaxıstan Prezidenti qeyd edib ki, təşkilat üçün tam hüquqlu investisiya çərçivəsinin formalaşdırılması ayrıca prioritetdir.

Süleyman
Xəbəri paylaş