Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxları Həcc ziyarətinə tur operatorlar aparacaq

Qazaxları Həcc ziyarətinə tur operatorlar aparacaq


Qazaxıstan Müsəlmanları Ruhani İdarəsi 2027-ci il həcc mövsümünün təşkilində iştirak edən tur operatorlarının siyahısını dərc edib.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə Qazaxıstan Müsəlmanları Ruhani İdarəsi məlumat yayıb. Bildirilib ki, hərtərəfli və müqayisəli qiymətləndirmənin nəticələrinə görə, 2027-ci il həcc mövsümünün təşkili üçün uyğun hesab edilən tur operatorları müəyyən edilib. Bunlar, "Atlas Tourism" MMC, "Nurkhan, Travel" MMC, "Tawaf Travel" MMC və "Hikmet Travel" MMC-dir.

Müəyyən edilmiş prosedura uyğun olaraq, seçim işi xüsusi yaradılmış komissiya tərəfindən aparılıb və bu komissiya namizəd tur operatorlarının il ərzində həcc və ümrə səfərlərinin təşkilində fəaliyyət göstəricilərini və müsbət təcrübəsini, rəsmi olaraq əldə etdikləri tur kodlarını və "Tourist Kamkor" korporativ fondu vasitəsilə müvafiq lisenziyaların etibarlılığını müəyyən edib.

Bundan əlavə, tur operatorlarının təşkilati imkanları və müəyyən edilmiş tələblərə uyğunluğu qiymətləndirilib. Səudiyyə Ərəbistanı tərəfindən Həcc təşkilatçılarına qoyulan xüsusi tələblər də yerinə yetirilib.

Süleyman
Xəbəri paylaş