
Özbəkistanın Prezident Administrasyasının rəhbəri Səidə Mirziyoyeva Fransaya səfər edib.
Newscenter.az xəbər verir ki, bu barədə özünün facebook sosial şəbəkə hesabında məlumat verən Səidə Mirziyoyeva səfər çərçivəsində Fransa prezidenti Emmanuel Makronla görüşdüyünü bildirib:
"Fransa Prezidenti Emmanuel Makrona diqqətinə və səmimi qarşılanmasına görə təşəkkürümü bildirmək istəyirəm. Görüşdə Özbəkistan Prezidentinin səmimi salamlarını və arzularını Fransa Prezidentinə çatdırdım".
Özbəkistan PA rəhbəri qeyd edib ki, ölkələrimizi ən vacib strateji sahələrdə uzunmüddətli tərəfdaşlıq bağlayır:
"Əminəm ki, gələcəkdə hər iki ölkə üçün faydalı olacaq daha çox təşəbbüs və birgə layihələr həyata keçirəcəyik".
Süleyman











































