Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ortaq tarixə, dilə və mədəni irsə sadiqlik

Ortaq tarixə, dilə və mədəni irsə sadiqlik


Azərbaycan bütün türk dünyası üçün əlamətdar olan mötəbər tədbirə ev sahibliyi edir. Söhbət Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”ndən gedir.
• Qeyd edək ki, Qurultay Cənab İlham Əliyevin ötən il Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12 ci Zirvə Görüşü zamanı irəli sürülmüş təşəbbüsə əsasən keçirilir.
• Qurultayın Azərbaycanın Türk Dövlətləri Təşkilatına Sədrliyi dövrünə təsadüf etməsi isə xüsusi rəmzi məna daşıyır.
• Eyni zamanda, Bakının məkan kimi seçilməsi təsadüfi deyil, Azərbaycan paytaxtı hələ XIX əsrdən etibarən köklü ictimai-siyasi və mədəni dəyişikliklər nəticəsində yeni tipli teatr, məktəb və ilk milli mətbu orqanı yaratmaqla milli özünüdərkin mərkəzi nöqtəsi olub.
• Azərbaycan müsəlman və türk dünyasında ilk demokratik dövlət qurub.
• Paytaxt Bakı ötən əsrin əvvəllərindən özünün milli ruhlu ziyalılar nəslindən ibarət intellektual mühitinin yüksək səviyyəsi ilə seçilərək dünya türkologiyasının mötəbər mərkəzlərindən biri kimi tanınıb.
• Ona görə də, Birinci Türkoloji Qurultay zəngin keçmişə və qədim irsə malik türk xalqlarının mövcud şəraitdə mədəni inteqrasiyasının dərinləşməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
• Türk dünyası tarixində ilk dəfə olaraq Sibirdən Krıma, Anadoludan digər geniş coğrafiyalara qədər yaşayan türk xalqlarının nümayəndələrinin bir araya gəlməsi isə çox mühüm hadisə sayıla bilər.
• Bu, Türk dünyasının gücünü dünyaya nümayiş etdirən xüsusi faktor hesab edilməlidir.
• Tədbirdə mədəni humanitar mövzuların müzakirəsi ilə yanaşı, ictimai-siyasi, iqtisadi-sosial əhəmiyyət daşıyan faydalı mesajların diqqətə çatdırılması da türk ölkələrinin vahid inteqrasiyasında ortaq gücünü nümayiş etdirir.
• Qurultayda müzakirə olunan məsələlərdən biri Türk dövlətlərinin siyasi və iqtisadi hədəflərinə çatması yönündə sıx birliyidir. Bu baxımdan, tədbir Orta Dəhliz, Zəngəzur dəhlizi kimi beynəlxalq əhəmiyyətli layihələrin gerçəkləşməsində fəallığına da müsbət təsir göstərəcək.

Vaqif Abdullayev, siyasi elmlər doktoru, professor
Xəbəri paylaş