Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qlobal Media Forumu göstərdi ki, Azərbaycanın beynəlxalq nüfuzu regionun sərhədlərini çoxdan aşıb

Qlobal Media Forumu göstərdi ki, Azərbaycanın beynəlxalq nüfuzu regionun sərhədlərini çoxdan aşıb


"13-14 iyul tarixlərində keçirilən IV Şuşa Qlobal Media Forumu ölkəmizin informasiya üstünlüyünün təmin olunması, media təhlükəsizliyi baxımından əhəmiyyətli beynəlxalq tədbirdir. Ənənəvi və yeni informasiya vasitələrinin cəmiyyətlərdə ictimai fikrin formalaşmasında oynadığı rolu nəzərə alsaq Forumun dövlətimiz üçün əhəmiyyətini daha aydın şəkildə təsəvvür etmək olar. Forumda iştirak edən hər bir media nümayəndəsinin tədbirə Azərbaycanın dostu kimi qatıldığını nəzərə alsaq o zaman, onların Azərbaycanla bağlı ölkələrində səsləndirəcəyi müsbət fikirlər ölkəmizin beynəlxalq nüfuzuna verəcəyi töhfədir. Müasir güclü dövlətin atributlarından biri də bu ölkənin dünyada məhz hötmət və ləyaqətlə qəbullanması faktorudur".

Bunları Newscenter.az-a siyasi şərhçi Elçin Ağamalı deyib. Onun sözlərinə görə, ölkə prezidenti cənab İlham Əliyevin Forumdaki çıxışı və verilən suallara cavabı hər zaman olduğu kimi öz səmimiliyi və eyni zamanda sərt mesajları ilə yadda qaldı:

"Cənab İlham Əliyev İstər Azərbaycanla, istərsə də ümumən beynəlxalq məsələlərlə bağlı açıq və konkret mövqe ortaya qoydu. Cənubi Qafqaz regionunda yaranan yeni reallıqlarla bağlı səsləndirilən fikir düşünürəm ki, bu Forumun əsas yadda qalan siyasi mövqeyi olacaqdır. 2020 və 2023- cü ildən sonra Cənubi Qafqaz regionunun artıq Rusiya təsir imkanlarından azad olduğunu qeyd edən İlham Əliyev, bundan sonra heç bir güclü dünya aktoruna regionumuzda təsir etmək mexanizmlərinin qurulmasına imkan verilməyəcəyini bəyan etdi.

İkinci önəmli siyasi mesaj ölkəmizin Avropa Şurasının institutları və bəzi Avropa ölkələri ilə olan soyuq münasibətinə dair idi. Cənab Prezident açıq şəkildə bəyan etdi ki, Azərbaycan özünə hörmət edən və ləyaqətli dövlətdir. Azərbaycanla münasibətlər quran hər bir subyekt ölkəmizə bərabərhüquqlu tərəfdaş kimi yanaşmalıdır, əks halda dövlətimizin mövqeyi qəti və prinsipial olacaqdır".

Elçin Ağamalı qeyd edib ki, dövlət başçısının səsləndirdiyi fikirlərdə diqqət çəkən əsas məqam isə, Azərbaycanın Avropanın enerji və tranzit təhlükəsizliyinin təmin olunması istiqamətindəki fəaliyyətinə bundan sonra da sadiq qalacağına və bu prosesin daha da dərinləşdiriləcəyinə dair mövqeyi oldu:

"Prezident həmçinin bildirdi ki, Azərbaycan türk dövlətləri ilə münasibətlərin daha da genişləndirilməsində və dərinləşdirilməsində maraqlıdır və bu proses davam etdiriləcəkdir. Eyni zamanda qeyd olundu ki, Azərbaycan istər regionda, istərsə də dünyada sülh münasibətlərinin qurulmasında və bərqərar olmasında maraqlı dövlətdir və ölkəmiz bu istiqamətdəki siyasətinə sadiq qalacaqdır".

Elçin Ağamalının sözlərinə görə, Forum bir daha göstərdi ki, Azərbaycanın beynəlxalq nüfuzu regionun sərhədlərini çoxdan aşıb və dövlətimiz artıq politologiyada yeni termin kimi qəbul olunan və işlədilən orta güc statusuna malikdir:

"Azərbaycan tarixinin ən güclü və şərəfli dövrlərindən birini yaşayır və Şuşa Qlobal Media Forumu bu nüfuzun möhkəmlənməsinə öz töhfəsini verəcəkdir".

Süleyman
Xəbəri paylaş