Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlət məktəblərində müəllimlərin geyim tələblərinə riayət olunması hüquqi müstəvidə təsbit edilib

Dövlət məktəblərində müəllimlərin geyim tələblərinə riayət olunması hüquqi müstəvidə təsbit edilib


Dövlət ümumi təhsil müəssisələrində müəyyən edilmiş geyim tələblərinə riayət olunması hüquqi müstəvidə təsbit edilib.

Newscenter.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyevin imzaladığı "Ümumi təhsil haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.

Sənədə əsasən, təhsilalanlarla bağlı qanunvericilikdə nəzərdə tutulan dəyişikliyin əsas məqsədi mövcud qaydaların hüquqi əsaslarını daha da dəqiqləşdirmək və onların bütün dövlət ümumi təhsil müəssisələrində vahid yanaşma əsasında tətbiqini təmin etməkdir.

Sənəddə həmçinin təhsilverənlər üçün də geyimlə bağlı hüquqi əsasın yaradılması vurğulanıb.

Qeyd edilib ki, dəyişiklik dövlət ümumi təhsil müəssisələrində peşəkar iş mühitinin və təşkilati mədəniyyətin daha da möhkəmləndirilməsinə yönəlib.

Prezidentin qanunun tətbiqi ilə bağlı imzaladığı Fərmana əsasən isə Nazirlər Kabineti iki ay müddətində dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyimlə bağlı tələbləri təsdiq edib dövlət başçısına məlumat verməlidir.

Anar
Xəbəri paylaş