
Uqanda hakimiyyəti may ayında ölkədə aşkarlanan Ebola epidemiyasının bitdiyini elan edib.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə, Səhiyyə Nazirliyinin X-də dərc olunmuş açıqlamasında bildirilib.
"Uqanda rəsmi olaraq Eboladan azaddır", - deyə səhiyyə naziri Kris Barjomunsi vurğulayıb. O bildirib ki, qərar 16 iyunda başlayan 42 günlük müşahidə müddətinin başa çatmasından sonra verilib. Bu müddət ərzində sonuncu yoluxmuş xəstə evə buraxılıb.
Uqandada ümumilikdə 20 yoluxma halı təsdiqlənib, onlardan 15-i qonşu Konqo Demokratik Respublikasından (KDR) idxal olunub. Uqandada daha beş nəfər virusa yoluxub.
Arzu












































