Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İran heç cür islah olunmur

İran heç cür islah olunmur


"İranın Kəşfiyyat Nazirliyinin Azərbaycanın dövlət televiziyasını "düşmən media" olataq xarakterizə etməsi tamamilə absurd, eyni zamanda molla rejiminin qaşınmayan yerdən qan çıxarmağa göstərdiyi cəhddir. Bu hadisə bir daha onu deməyə əsas verir ki, İran heç cür islah olunmur".

Bunları Newscenter.az-a politoloq Arzuman Muradlı deyib. O bildirib ki, İran bir tərəfdən Azərbaycanla münasibətləri normallaşdırmaq, zamanında özünün böyük səhvi səbəbindən müxtəlif istiqamətlərdə pisləşmiş əlaqələri bərpa etmək istəyirsə, digər tərəfdən hələ də özünün məkirli niyyətindən, qonşuluq prinsiplərinə zidd olan siyasətindən əl çəkmir:

"Molla rejiminin uzun illər Azərbaycana qarşı təxribat xarakterli hərəkətləri, Ermənistanın işğalçılıq siyasətinə hərtərəfli dəstək verməsini Bakı bir qayda olaraq soyuqqanlı qarşılayıb, istənilən situasiyada Tehranla əməkdaşlıqda maraqlı olub. Ancaq təəssüflər olsun ki, qarşı tərəfdə heç zaman eyni yanaşmanı müşahidə etməmişik. İrandan fərqli olaraq Azərbaycan hər zaman öz prinsipial mövqeyini açıq şəkildə bəyan edib və həmin mövqeyə sadiq qalıb. Bakının mövqeyi ondan ibarət olub ki, heç bir halda ərazisindən üçüncü ölkəyə qarşı istifadə edilə bilməz. Ən son Amerika-İsrail-İran savaşı zamanı da bunun şahidi olduq. Ancaq İran təəssüflər olsun ki, eyni prinsipə heç bir sadiqlik göstərməyib. Ən son yaxın tariximizdə, İkinci Qarabağ Müharibəsi zamanı İran ərazisindən Ermənistana hərbu texnika, silah-sursatın daşınmasın zamanı istifadə edilib. Göründüyü kimi, düşmənlə əməkdaşlıq edən, düşmənə hər cür dəstək verən Azəerbaycan deyil, məhz İrandır. Əgər Azərbaycan, yaxud onun hansısa qrumu, strukturu İrana düşmən münasibəti bəsləsəydi Bakı da İkinci Qarabağ Müharibəsində Tehranın sərgilədiyi mövqeyi oraya qoyardı. Əksinə, öz ərazisindən İrana humanitar yardımların çatdırılmasına çalışmazdı".

Arzuman Muradlı qeyd edib ki, İranda hər zaman Azərbaycana qarşı patoloji nifrət hissi olub və bu hiss dəyişməz olaraq qalır.

Süleyman
Xəbəri paylaş