Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Beynəlxalq yükdaşımalar Azərbaycanın valyuta gəlirlərini artırıb

Beynəlxalq yükdaşımalar Azərbaycanın valyuta gəlirlərini artırıb


"Bu ilin ilk yarısında nəqliyyat dəhlizləri vasitəsi ilə Azərbaycan üzərindən 16 milyon 651 ton yük danışıb. Həmin müddətdə daşınan yüklərin 7 milyon 587 min tonu dəmir yolu, 3 milyon 365 min tonu dəniz, 5 milyon 699 min tonu isə avtomobil nəqliyyatının payına düşüb.

Nəqliyyat dəhlizlərinə gəldikdə isə, Cənub-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi isə 261,8 min ton, Şimal-Qərb nəqliyyat dəhlizi ilə 2623,3 min ton, Şimal-Cənub nəqliyyat dəhlizi ilə 4559,3 min ton, Şərq-Qərb nəqliyyat dəhlizi ilə 9207,4 min ton, o cümlədən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə 4595,0 min ton olub. İlin ilk yarısında Azərbaycan üzərindən daşınan yüklərin həcmində 3 faiz artım qeydə alınıb".


Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O bildirib ki, region üçün vacib nəqliyyat istiqamətlərindən olan Şərq-Qərb nəqliyyat dəhlizi vasitəsi ilə daşınan yüklərin həcmi isə 10 faiz artıb:

"Şərq-Qərb nəqliyyat dəhlizi vasitəsi Azərbaycan üzərindən daşınan yüklərin həcmindəki artım dövlət gəlirlərimizi çoxatmaqla yanaşı, ölkəmizin geo-iqtisadi mövqeyini daha da gücləndirib".

Deputat qeyd edib ki, Zəngəzur dəhlizinin və eləcə də TRİPP-in istifadəyə verilməsindən sonra isə Azərbaycan üzərindən daşınan yüklərinin həcmində daha yüksək artımlar gözlənilir:

"Yeni düzən kontekstində, beynəlxalq yükdaşımalar Azərbaycanın valyuta gəlirlərini artırmaqla yanaşı, qeyri neft-qaz sektorunda aparıcı istiqamətlərdən birinə çevrilməkdədir".

Süleyman
Xəbəri paylaş