
Abşeronda qadın ərini öldürməkdə şübhəli bilinir.
Newscenter.az bildirir ki, "Report"un xəbərinə görə, avqustun 19-da saat 12 radələrində Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində 1978-ci il təvəllüdlü Əlsəfa Rəhimovun kəsici-deşici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə həmin cinayət əməlini törətməkdə şübhəli bilinən, arvadı - 1983-cü il təvəllüdlü A.Əliyeva saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma aparılır.











































