Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zəngəzur dəhlizi və Orta Dəhliz gələcəkdə əsas geosiyasi mübarizələrdən biri olacaq

Zəngəzur dəhlizi və Orta Dəhliz gələcəkdə əsas geosiyasi mübarizələrdən biri olacaq


“Qarabağ probleminin həllindən sonra Rusiyanın Azərbaycana qarşı təsir imkanları azalıb. 2020-ci ildən sonra Rusiya sülhməramlı qüvvələri Qarabağda yerləşirdi və 2023-cü ildən sonra isə həmin mexanizm də aradan qalxdı. Azərbaycan və Ermənistan arasında yeni mərhələ başladı və beləliklə Rusiyanın Azərbaycana qarşı birbaşa təsir mexanizmi qalmadı”.

Newscenter.az xəbər verir ki, bunları deyən siyasi ekspert Çingiz Şahbazinin sözlərinə görə, əgər yekun sülh prosesi uğurla başa çatarsa, həm Azərbaycan, həm də Ermənistan Rusiyadan daha çox uzaqlaşacaq:

“Rusiya bunu anlayır və Azərbaycanla tam düşmən olmaq istəməsə də, tam sərbəst buraxmaq da istəmir. Bu baxımdan Rusiya təzyiq imkanlarını qoruyub saxlamaq üçün mübarizə aparmaq məcburiyyətindədir, desək yanılmarıq”.

Ekspert deyib ki, qarşıda Zəngəzur dəhlizi və Orta Dəhliz var və gələcəkdə əsas geosiyasi mübarizələrdən biri də məhz burada olacaq:

“Bu baxımdan baş verənləri nəqliyyat, logistika, regional təhlükəsizlik və böyük güclərin Cənubi Qafqazda maraqları kontekstində cərəyan edən proseslər çərçivəsində görürəm və hesab edirəm ki, Azərbaycanı heç bir qüvvə bu yoldan ayıra bilməyəcək”.

Süleyman
Xəbəri paylaş