Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Şahin Seyidzadə Kambocaya gedəcək

Deputat Şahin Seyidzadə Kambocaya gedəcək


Milli Məclisin deputatı, Azərbaycan-Kamboca parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Şahin Seyidzadə Parlamentlərarası Sədrlər Konfransının 2-ci iclasında iştirak etmək üçün avqustun 25-də Kamboca Krallığının paytaxtı Pnompen şəhərinə səfər edəcək.

Newscenter.az xəbər verir ki, tədbirdə “Sülh və ortaq rifah naminə həmrəylik: Beynəlxalq hüququn gücləndirilməsi və münaqişələrin sülh yolu ilə həll edilməsi” mövzusunda müzakirələr aparılacaq.

Səfər avqustun 29-da başa çatacaq.

Süleyman
Xəbəri paylaş