Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

IV Özbəkistan–Azərbaycan Regionlararası Forumu keçirilib

IV Özbəkistan–Azərbaycan Regionlararası Forumu keçirilib


Daşkənd şəhərində IV Özbəkistan–Azərbaycan Regionlararası Forumu keçirilib. Forum iki ölkə arasında ticarət-iqtisadi, investisiya və regionlararası əməkdaşlığın daha da genişləndirilməsi baxımından mühüm platforma olub.

Newscenter-az xəbər verir ki, tədbirdə hər iki ölkənin dövlət qurumları, regionları və işgüzar dairələrinin nümayəndələri iştirak edərək yeni əməkdaşlıq imkanlarını, investisiya layihələrini və birgə biznes təşəbbüslərini müzakirə ediblər.

Networkstan olaraq biz də partnyorlarımızla birlikdə forumda iştirak edərək müxtəlif şirkət və sahibkarlarla B2B görüşlər keçirdik, gələcək əməkdaşlıq və işgüzar əlaqələrin qurulması istiqamətində faydalı müzakirələr apardıq.

Belə platformaların Azərbaycan və Özbəkistan arasında biznes əlaqələrinin inkişafına və yeni tərəfdaşlıqların yaranmasına mühüm töhfə verdiyinə inanırıq.

Newscenter-az
Xəbəri paylaş