Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vittkoff və Kuşnerin Rusiyaya səfəri niyə təxirə salınıb?

Vittkoff və Kuşnerin Rusiyaya səfəri niyə təxirə salınıb?



Amerikalı emissarlar Stiv Vitkov və Cared Kuşnerin Rusiyaya səfəri kifayət qədər gündəm olmadığı üçün təxirə salınıb.

Newscenter-az TASS-a istinadən bildirir ki, Rusiya Beynəlxalq İşlər Şurasının (RIAC) baş direktoru İvan Timofeev bildirib.

Rusiya xarici işlər naziri Sergey Lavrovla Rusiya prezidenti Vladimir Putinin Vitkov və Kuşneri yenidən qarşılamağa hazır olduğu deyən Timofeev, lakin səfərin ertələnməsinə ciddi bir səbəb göstərməyib.

"Ancaq istənilən məsləhətləşmələr və danışıqlar müəyyən bir gündəm və ən azı həll üçün nəzəri perspektiv, bir növ alqoritm tələb edir",-deyə vurğulayıb.

O qeyd edib ki, nizamlanma yalnız danışıqları deyil, həm də gərginliyin azaldılması tədbirlərini nəzərdə tutur.

Timofeev deyib ki, Rusiya-Amerika məsləhətləşmələrinin və fikir mübadiləsinin davam etməsi yaxşıdır, amma hələlik onların heç bir praktik nəticə verəcəyini görmür.

Anar
Xəbəri paylaş