Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Strateji addımlardan doğan strateji yollar

Strateji addımlardan doğan strateji yollar


"Azərbaycan artıq qlobal siyasi məkanda etibarlı tərəfdaş, dünya diplomatiyasında təsir mexanizmlərinə malik olan, çevik və adekvat münasibət ortaya qoya bilən, ciddi, qüdrətli, müstəqil, bəşəriyyət üçün rasional təklifləri və konsepsiyaları ilə qətiyyətli dövlət statusu qazanmışdır. Dövlətin strateji rolu əvvəldən verilmir; ardıcıl və düşünülmüş addımlar nəticəsində formalaşır. Bu baxımdan, cənab Prezidentimiz dünyanın yeni dövrünün tələblərinə, sınaqlarına uyğun olaraq qarşısında dayanan bütün mərhələləri, coğrafi üstünlüyü siyasi üstünlüyə, siyasi üstünlüyü iqtisadi gücə, iqtisadi gücü isə beynəlxalq təsirə çevirmək üçün böyük düşüncə və müdrikliklə siyasi yol xəritəsini həyata keçirdi. Bu, artıq şanlı ölkəmizin regiondakı rolu deyil, yeni dünya düzəninin formalaşmasında iştirak edən orta gücə çevrilməsidir".

Newscenter.az xəbər verir ki, bunları Yeni Xətt Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov deyib. O bildirib ki, strateji addım, strateji imkan, strateji rol və geosiyasi təsir, enerji layihələri, Orta Dəhliz və nəqliyyat infrastrukturu Avrasiya bağlantısında mühüm rol deməkdir:

"Türk dünyası ilə ciddi inteqrasiya, bu dövlətlərlə koordinasiya rolu, bu birliyi ciddi güc mərkəzinə çevirmək, çoxtərəfli diplomatiya, Qlobal Cənubda diplomatik rol, yaşıl enerji, COP29 tədbiri, qlobal iqlim dəyişikliyində iştirak. Bütün bu addımlar düşünülmüş və gələcək perspektivdə ölkəmizin aktivinə ciddi uğurların yazılması üçün prinsipial siyasətin nəticələridir. Bəli, bu gün bizim məqsədimiz, hədəfimiz körpü ölkə deyil, qovşaq ölkəyə çevrilmək şansını əldə etməkdir".

O qeyd edib ki, artıq biz ABŞ, Avropa, Türkiyə, Mərkəzi Asiya və digər tərəfdaşlarımızla etimad üzərində qurulan əlaqələrimizlə bir istiqamətli deyil, çoxistiqamətli manevr imkanları qazanmışıq və müxtəlif istiqamətlərin kəsişdiyi böyük bir mərkəzdə xüsusi çəkisi olan Azərbaycanı görmək strateji addımların strateji uğurlarıdır:

"Təsəvvür edin, ABŞ-Azərbaycan gündəliyi mövcuddur və bu gündəlikdə dünya üçün çox təsirli məsələlərin həyata keçirilməsi üçün iki ölkə qarşısında icrası gedən məsələlər var.
Bu potensial Azərbaycanı ən yüksək, şərəfli zirvələrdə ucaldan bir liderin potensialıdır".

Süleyman
Xəbəri paylaş