
Daşkənddə diplomatik strategiyalar, Ermənistanda isə siyasi terrorçuların iflası gündəmdədir. Cənab Prezidentin Daşkənd səfəri digər səfərləri kimi bütün dünya üçün maraqlı və diqqətçəkən oldu. Çünki bu səfəri geosiyasi çərçivədə qiymətləndiriləndə daha aydın görünür ki, Ali Dövlətlərarası Şuranın üçüncü iclası, Əbədi Dostluq Müqaviləsi, o cümlədən nəqliyyat və humanitar əməkdaşlıq üzrə yeni razılaşmalar, prezidentlərin bəyanatındakı siyasi mesajlarını dünyanın siyasi gündəmində müzakirələrə səbəb oldu. Bu, bizim üçün strateji yüksəlişdir.
Azərbaycan ölkəsinin siyasi maraqlarını, milli maraqlarının kontekstində dünya üçün ticari, nəqliyyat maraqlarını gündəmə gətirməklə gündəm yaradır.
Bakı regional gündəliyi təkcə Qafqaz üzərindən həyata keçirmir. Mərkəzi Asiya ilə münasibətləri dərinləşdirəcək, Cənubi Qafqazı daha geniş Türk dünyası və Transxəzər bağlantısı yaradır.
Əsas məqsəd dövlətlərarası şəbəkə qurmaqla bizim regional çəkimizi Qafqazın hüdudlarından çıxardıb, dünyada əsas siyasi mərkəzlərlə birgə daha böyük, əhatəli, geniş, çoxvektorlu diplomatiyası ilə gələcəyin həm regional arxitekturasını, həm də dünyada güc mərkəzləri ilə strateji əməkdaşlığı gücləndirməklə dünyanın siyasi dizaynına və landşaftına müsbət töhfələrini verir.
Azərbaycan regional strategiyasını institusionallaşdırmaqla, siyasi sabitlik, xarici tərəfdaşlıq modelini gücləndirməklə ölkəmizi dünyada söz sahibi, nüfuz sahibi statusunu qazanmışdır.
Amma Ermənistanda isə daxili siyasi gərginlik, Azərbaycan ölkəsinin siyasi maraqlarını, milli maraqlarının kontekstində dünya üçün ticari, nəqliyyat maraqlarını gündəmə gətirməklə gündəm yaradır.
Ermənistan terrorçu təfəkkürlü revanşist Xocalı qatillərini, insanlığa qarşı qatilləri həbs etməklə dünyada gündəmə gəlir ki, mən regionda yaranan siyasi reallıqlara uyğun öz siyasi mövqeyimi ortaya qoyuram. Dünya terrorçularla yox, sivil sülh düşüncəsi ilə daha maraqlıdır deyə çatdırır.
İrəvan siyasi keçmişinin mənfi addımlarının acı nəticələrini yaşayır. Bu siyasi keçmişin formalaşmasında və Ermənistanın bu gün düşdüyü siyasi burulğanın yaranmasında Rusiyanın xüsusi rolu olmuşdur. Ermənistan uzun illər bu siyasi yanlışlıqların və xarici təsirlərin nəticələrini yaşamış, siyasi qərarlarında müstəqil və milli maraqlara əsaslanan xəttdən uzaq düşmüşdür.
Bu gün isə həmin siyasi burulğan Ermənistanı daha ciddi seçimlər qarşısında qoyur. Rusiya ilə münasibətlərin tam bağlanması üçün addımlar atır. Bir vaxtlar siyasi himayəsinə və təsirinə arxalanan Ermənistan indi həmin münasibətlərin yaratdığı nəticələrlə üz-üzə qalır. Bu vəziyyət Ermənistanın illər ərzində yol verdiyi siyasi yanlışlıqların acı nəticəsidir.
Dəyərli soydaşlar, bu mənzərə Azərbaycanla müqayisədə daha aydın görünür. Azərbaycan cənab Prezident İlham Əliyevin hakimiyyəti dövründə müqayisəolunmaz dərəcədə yüksək irəliləyiş əldə etmişdir. Dövlətimizin siyasi sabitliyi, müstəqil xarici siyasəti, milli maraqlara əsaslanan strategiyası və çoxvektorlu diplomatiyası Azərbaycanı regionda və dünyada söz sahibi, nüfuz sahibi dövlətə çevirmişdir.
Bu fərqlilik bizim üçün çox önəmlidir. Bu irəliləyiş bizim üçün çox önəmlidir. Çünki bu, ölkənin siyasi qürurunu əvvəldən planlaşdırılan planlarla yüksəklərə qaldırmaqdır.
Qürurlu ölkənin qürurlu vətəndaşları dövlətimizin uğurlarını qazandıran bu diplomatiyaya, bu siyasətə, bu strategiyaya, bu prinsipiallığa dəstək verir, etimad göstərir. Bundan sonra da belə olacaq.
Ramil Hüseynov, Yeni Xətt Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri












































