Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qardaşlıq tariximizdir, birlik isə gələcəyimiz!

Qardaşlıq tariximizdir, birlik isə gələcəyimiz!

"Bu gün Qafqaz İslam Ordusunun Azərbaycana gəlişinin ildönümüdür.

1918-ci ildə Nuru Paşanın rəhbərliyi ilə Azərbaycana gələn Qafqaz İslam Ordusu Azərbaycan könüllüləri ilə çiyin-çiyinə döyüşərək ölkəmizin bolşevik-daşnak quldur dəstələrinin işğalından azad edilməsində tarixi rol oynadı. 15 sentyabr 1918-ci ildə Bakinin və digər bölgələrin azad edilməsi Azərbaycan tarixinin ən şərəfli səhifələrindən birinə çevrildi".

Newscenter-az xəbər verir ki, bunları ATXƏM sədri İlham İsmayılov 15 sentyabr Bakının işğaldan azad edilməsinin ildönümü ilə bağlı fikirlərini bölüşərkən səsləndirib. O qeyd edib ki, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi İctimai Birliyi olaraq uzun illərdir bu günü böyük qürur və ehtiramla qeyd edirlər:

"Təşkilatımız fəaliyyət göstərdiyi müddət ərzində Qafqaz İslam Ordusunun, eləcə də Bakının azad edilməsinə rəhbərlik etmiş Nuru Paşanın xatirəsinin əbədiləşdirilməsi ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etmişdir.
Biz hesab edirik ki, onların xatirəsinin əbədiləşdirilməsi, illərdir xalqımızın ürəyində və qəlbində yaşatdığı abidənin reallığa çevrilməsi, gözümüz önündə bütün bir millətin arzusunun gerçəkləşməsi Nuru Paşaya və Qafqaz İslam Ordusunun qəhrəman əsgərlərinə göstərə biləcəyimiz ən böyük ehtiram olardı".

İlham İsmayılov, "Qafqaz İslam Ordusunun qəhrəman əsgər və zabitlərini, bu yolda canından keçən şəhidlərimizi dərin ehtiramla yad edirik.

Qardaşlıq tariximizdir, birlik isə gələcəyimiz!",-deyə vurğulayıb.

Süleyman
Xəbəri paylaş