Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya seçkilərdən sonra yeni hərbi kampaniya başlaya bilər

Rusiya seçkilərdən sonra yeni hərbi kampaniya başlaya bilər


"Rusiyada keçirilən Dövlət Duması seçkilərində hakim partiyanın qalib gəlmək şanslarının yüksək olduğu görünür. Seçki prosesi faktiki olaraq ciddi siyasi alternativlərin məhdud olduğu şəraitdə keçirilir və hakimiyyətin əsas rəqiblərindən biri olan “Yabloko” partiyası da seçkilərdən kənarlaşdırılıb.

Bununla yanaşı, Rusiya-Ukrayna müharibəsinin davam etməsi, Rusiyaya qarşı tətbiq olunan iqtisadi sanksiyalar və sosial-iqtisadi problemlərin əhali arasında narazılıqları artırması Kremlin qarşısında müəyyən çağırışlar yaradır. Buna baxmayaraq, Vladimir Putin hərbi əməliyyatları davam etdirəcək".

Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, xüsusilə seçkilərdən sonra Rusiyada yeni hərbi səfərbərliyin keçirilməsi gözlənilir:

"Moskvanın məqsədi Ukraynaya qarşı hərbi təzyiqi artırmaqla yanaşı, NATO ölkələrinə, xüsusilə Polşaya qarşı siyasi və hərbi təzyiq imkanlarını genişləndirməkdir. Qarşıdakı qış aylarında Rusiyanın Donbas istiqamətində hərbi əməliyyatları intensivləşdirməsi və ərazini tam nəzarətə götürməyə çalışacağı istisna edilmir. Moskvanın Donbasla bağlı strateji məqsədlərinə nail olmayacağı təqdirdə hərbi əməliyyatları dayandırmağa hazır olub-olmayacağı isə əsas suallardan biri olaraq qalır. Bu baxımdan, Rusiya-Ukrayna müharibəsində yaxın dövrdə daha sərt hərbi və siyasi mərhələ başlayacaq"

Süleyman
Xəbəri paylaş