
Ukraynanın keçmiş müdafiə nazirləri Aleksey Reznikov və Mixail Fedorov Donbasda mülki əhaliyə qarşı cinayətlərdə qiyabi ittiham olunaraq beynəlxalq axtarışa veriliblər. Bu barədə Rusiya İstintaq Komitəsinin sözçüsü Svetlana Petrenko Luqanskda İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin sədrliyi ilə keçirilən iclasdan sonra bildirib.
"Reznikov və Fedorova qarşı ittiham irəli sürülməsi ilə bağlı qərarlar qəbul edilib və onlar üçün beynəlxalq axtarış elan edilib", - deyə o bildirib.












































