Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bir sıra məhsullar məcburi sertifikatlaşdırmadan azad edildi

Bir sıra məhsullar məcburi sertifikatlaşdırmadan azad edildi



Özbəkistanda bazara çıxarılan bir çox məhsulların təhlükəsizliyi dövlət tərəfindən nəzarət olunur və bunun əsas vasitələrindən biri məcburi sertifikatlaşdırmadır.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bir sıra məhsullar məcburi setifikatlaşmadan azad edilib. Dəyişikliyə əsasən, heç bir halda hər məhsulun belə bir yoxlamadan keçməsi tələb olunmur.

Özbəkistan Respublikası Nazirlər Kabinetinin 30 yanvar 2021-ci il tarixli 43 nömrəli Qərarına əsasən, aşağıdakı hallarda məcburi sertifikatlaşdırma tətbiq edilmir:

Məhsul emal məqsədilə gömrük ərazisinə idxal olunursa, əvvəllər istifadə olunubsa (qanunla nəzərdə tutulmuş müəyyən istisnalar istisna olmaqla), sərgilərdə və ya yarmarkalarda nümunə kimi nümayiş etdirmək üçün nəzərdə tutulubsa, onlar sınaq, tədqiqat və ya laboratoriyalararası müqayisəli sınaqlar üçün nümunə kimi idxal olunursa və ya elmi tədqiqatlarda istifadə edilərsə.

Həmçinin, diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların rəsmi ehtiyacları üçün humanitar yardım və ya beynəlxalq texniki yardım, təbii və texnogen fəlakətlərin nəticələrinin aradan qaldırılmasına yönəlmiş yardım kimi idxal edilən məhsullar bu tələbdən azaddır. Bundan əlavə, Özbəkistan ərazisində satış üçün nəzərdə tutulmayan, yalnız digər məhsulların istehsalında xammal, material və ya komponent kimi istifadə edilən mallar məcburi sertifikatlaşdırmaya tabe deyil.

Süleyman
Xəbəri paylaş