
07.10.2026 tarixində Networkstan şirkətinin həmtəsisçisi Loğman Məmmədov və direktoru Vüqar Mirzəyev Özbəkistan Eksportçılar Assosiasiyasının rəhbəri Yorqin Malikov ilə görüş keçirdilər.
Görüş zamanı Özbəkistan bazarına daxil olmaq istəyən şirkətlər üçün mövcud güzəştlər və imkanlar, şirkətlərin bazara çıxışı və ixrac prosesləri barədə fikir mübadiləsi apardıq.
Həmçinin Özbəkistandan Azərbaycana məhsulların birbaşa sahibkarlardan çatdırılması, ixrac imkanlarının genişləndirilməsi və iki ölkənin sahibkarları arasında birbaşa ticarət əlaqələrinin qurulması məsələlərini müzakirə etdik.
Görüş çərçivəsində Azərbaycan və Özbəkistan arasında biznes və ticarət əlaqələrinin inkişaf etdirilməsi, sahibkarlar üçün yeni imkanların yaradılması və gələcək əməkdaşlıq istiqamətləri barədə müzakirələr aparıldı.
Networkstan olaraq iki ölkənin biznes nümayəndələri arasında əlaqələrin qurulmasına və yeni əməkdaşlıq imkanlarının yaradılmasına davam edirik.












































