
Rusiya Özbəkistanla birgə hərbi təlimlər keçirir.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, təlimlər Termez poliqonunda keçirilir.
“Tərəfdaşlıq-2025” birgə taktiki təlimləri zamanı Rusiya hərbçiləri müasir silahlı münaqişələr zamanı Özbəkistan hərbçiləri ilə təcrübə mübadiləsi aparıblar.
Rusiya Mərkəzi Hərbi Dairəsinin 201-ci Rusiya hərbi bazasının bölmələri praktiki olaraq müasir döyüş üsullarını nümayiş etdirib. Xüsusilə, hücuma keçmə və istehkamın ələ keçirilməsi, yaralıların təxliyyəsi, atışma üzrə təlimlər nümayiş etdirilib.
Bundan başqa, kəşfiyyat və hücum pilotsuz uçan aparatlarının operatorlarının təlimi, düşmənin dronlarına qarşı elektron döyüş texnikası və atıcı silahlardan istifadə etməklə mübarizə üsulları nümayiş etdirilib.
Təlimlərə 400-ə yaxın hərbçidən ibarət xüsusi təyinatlılar cəlb olunub və 10 gün davam edəcək.
Süleyman