
"Şərqi Avropa və Yaxın Şərqdəki qlobal qeyri-sabitlik Xəzər marşrutunu daha da cəlbedici edir".
Newscenter.az xəbər verir ki, bunu Özbəkistanın Xarici İşlər Nazirliyi yanında Beynəlxalq Əlaqələr üzrə İnformasiya və Analitik Mərkəzin direktoru Sancar Vəliyev deyib.
O bildirib ki, Özbəkistan Azərbaycana Avropaya gedən yolda strateji tərəfdaş kimi baxır:
"Eyni zamanda, artan sənayeləşmə və ÜTT-yə üzv olmaq perspektivi ölkəni Şərq-Qərb logistikasında mühüm həlqəyə çevirir. Öz növbəsində Azərbaycan bizim nəqliyyat şəbəkəmizə qoşulmaqdan faydalanır. Artıq Əfqanıstan və Çini də əhatə edəcək multimodal marşrutlar hazırlanır".
O deyib ki, perspektivli layihə kimi çoxvariantlı və inteqrasiya olunmuş nəqliyyat arxitekturasını yaradacaq Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu və Trans-Əfqan magistralının tikintisini göstərmək olar.
Süleyman