Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sülhə gedən yolda son təlimatı Kremldən almaq Ermənistan rəhbərliyinin köhnə adətidir

Sülhə gedən yolda son təlimatı Kremldən almaq Ermənistan rəhbərliyinin köhnə adətidir


"Sülhə gedən yolda son təlimatı Kremldən almaq Ermənistan rəhbərliyinin köhnə adətidir".

Bu fikirləri Newscenter.az-a "Milli İnkişaf" ictimai birliyinin sədri, politoloq Arzuman Muradlı Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya nəzərdə tutulan səfərini şərh edərkən səsləndirib. O bildirib ki, bir qayda olaraq Ermənistan rəhbərliyi bütün prinsipial məsələləri Rusiya ilə razılaşdırıb və ya Kremlin diqtəsi əsasında müəyyən addımlar atıb:

"Təəssüflər olsun ki, bu hal Ermənistanın bütün hakimiyyətləri zamanında müşahidə edilib. İstər Köçəryan, istərsə də Sarkisyanın hakimiyyəti illərində tərəflər sülhə yaxın olan anda Ermənistan rəhbərliyi Moskvaya dəvət edilib və nəticə etibarilə proseslər yenidən sıfır nöqtəsinə qayıdıb. Bir müddət əvvəl Abu-Dabidə keçirilən Əliyev-Paşinyan görüşündən sonra Bakı və İrəvanın sülhə doğru daha bir addım atdığı bildirildi. Hətta Birləşmiş Ştatlar da həmin görüşü təqdir edərək onu sülhə yaxınlaşma istiqamətində mühüm addım hesab etdi. Görünür ki, Rusiya bundan razı deyil və Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını istəmir. Ona görə də prosesə mane olmağa çalışır".

Arzuman Muradlı hesab edir ki, Nikol Paşinyan Moskvadan geri qayıtdıqdan sonra Rusiyanın təlimatı əsasında sülh müqaviləsinə yeni şərtlər irəli sürə bilər:

"Bu da hər zaman olduğu kimi prosesləri yenidən sıfır nöqtəsinə qaytarmış olacaq".

Süleyman
Xəbəri paylaş