Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Antalya turist sayına görə rekord qırdı

Antalya turist sayına görə rekord qırdı



Türkiyənin Antalya şəhəri turist qəbul etmə sayına görə rekord qırıb

Newscenter.az xəbər verir ki, bu barədə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy məlumat verib.

Nazir bildirib ki, avqustun 3-də 105 284 xarici qonaq hava yolu ilə Antalyaya daxil olub. Ersoy, bu rəqəmin bütün zamanların ən yüksək gündəlik ziyarətçi sayı olduğunu deyib.

Nazir bununla da şəhərin daha bir qürurverici yeni rekorda imza atdığını bildirib və əlavə edib:

"Cari ilin əvvəlindən bu yana Antalyaya təkcə hava yolu ilə 9 milyon 231 min 309 əcnəbi ziyarətçi gəlib".

Anar Əliyev
Xəbəri paylaş