Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Təhsil sisteminə dövlət vəsaitinin 1% artırılması yoxsulluğun 0,03% azalmasına imkan verəcək

Təhsil sisteminə dövlət vəsaitinin 1% artırılması yoxsulluğun 0,03% azalmasına imkan verəcək


Təhsil sisteminə ayrılan dövlət vəsaitinin 1 faiz artırılması yoxsulluğun 0,03 faiz azalmasına imkan verəcək.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, Proqnozlaşdırma və Makroİqtisadi Tədqiqatlar İnstitutunun araşdırmalarının nəticələrinə görə, son illər Özbəkistanda təhsil və elmə diqqət tamamilə dəyişib. Məktəbəqədər, ümumi orta və ali təhsilin, elmi-tədqiqat müəssisələrinin inkişafı istiqamətində sistemli, ardıcıl və kompleks tədbirlər həyata keçirilib. Bununla bağlı bir sıra mühüm fərman, qərar və proqramlar qəbul edilib.

Bununla yanaşı, sistemdə həllini gözləyən bir sıra problemlər hələ də qalmaqdadır. Universitetləri qiymətləndirərkən, istiqamətindən və səviyyəsindən asılı olmayaraq hamı üçün eyni meyarlardan istifadə olunur. Bu vəziyyət kurikulumların dərinləşməsinə və ya ixtisaslaşmasına mane olur.

Süleyman
Xəbəri paylaş