
"Amnistiya institutunun Azərbaycanda formalaşması və dövlətçilik ənənəsinə çevrilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır".
Newscenter.az xəbər verir ki, bunu siyasi şərhçi Çingiz İbrahim deyib. O bildirib ki, məhz onun hakimiyyəti dövründə humanizm, mərhəmət və sosial barış prinsipləri hüquqi mexanizmlər vasitəsilə reallaşdırılmış, amnistiya və əfv sərəncamları cəmiyyətin sağlamlaşmasına xidmət etmişdir:
"Prezident İlham Əliyev bu müdrik siyasi xətti dövrün tələblərinə uyğun şəkildə davam etdirərək onu daha da təkmilləşdirir".
Çingiz İbrahim qeyd edib ki, Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiyanın elan edilməsi təşəbbüsü Azərbaycan dövlətinin humanizmə, hüquqa və sosial ədalətə əsaslanan siyasətinin növbəti mühüm təzahürüdür:
"Bu təşəbbüs dövlət başçısının insan amilini hər zaman ön planda saxlayan idarəçilik prinsipinin bariz nümunəsi olmaqla, Konstitusiyanın ali hüquqi qüvvəsinin praktik müstəvidə təsdiqidir".
Cavid











































