
"Azərbaycan və Türkiyə xalqlarının qardaşlığını hər zaman qəlbində daşıyan bu duruş mənim üçün qürur mənbəyi oldu. Kürşat Zorlu bəyin Azərbaycan xalqına olan hörmət və məhəbbətini şəxsən hiss etməkdən çox şərəf duydum.
Türk dünyası üçün bu mənalı yolda əsl Türk duruşu olan səmimi insanlarla bir arada olmaq mənim üçün böyük şərəf və qürurdur".
Newscenter.az xəbər verir ki, bu fikirləri Dünya Türk Qadınlar Platformasının sədri Günay Əliyeva “Türk Dünyası Strateji Baxış Sənədi” proqraminda iştirakı və tədbirdən olan xoş təsüratlarını bölüşərkən səsləndirib.
Günay Əliyeva qeyd edib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən “Türk Dünyası Strateji Baxış Sənədi” proqramina dəvət olunması onda böyük sevinc və qürur hissi yaradıb:
"Belə bir anlamlı tədbirə dəvət edilməyimdən dolayı AK Parti Sədrinin Türk dövlətləri ilə əlaqələr üzrə müavini, Türkiyə Böyük Millət Məclisinin üzvü Kürşad Zorlu bəyə dərindən təşəkkür edirəm.
Başda Kürşat Zorlu olmaqla bütün kollektivə bu gözəl təşkilatçılığa, göstərdikləri diqqət, sevgi və xoş qarşılanmaya görə səmimi minnətdarlığımı bildirirəm".
Süleyman











































