
Bu ilin birinci yarısında Özbəkistanın xarici ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,1% artaraq 37 milyard dollar təşkil edib.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu barədə baş nazirin müavini - iqtisadiyyat və maliyyə naziri Cəmşid Kuçkarov məlumat verib.
O bildirib ki, hesabat dövründə dövlət büdcəsinin gəlirləri 103,4 faiz icra olunub. Xərclər planı üzrə göstəricilər 96,8 faiz təşkil edib.
2025-ci ilin birinci yarısında dövlət büdcəsinin gəlirləri 2024-cü ilin eyni dövrü ilə müqayisədə 19,2% artaraq 144,2 trilyon sum olub.
Hesabat dövründə dövlət büdcəsinin xərcləri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 16,0 faiz artaraq 173,3 trilyon manat təşkil edib.
Süleyman