Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cənubi Qafqaz üçün tarixi fürsətlər pəncərəsi açılıb

Cənubi Qafqaz üçün tarixi fürsətlər pəncərəsi açılıb


Böyüklük sözlə deyil, məhz əməllə olur. Azərbaycan ərazisindən Ermənistana taxıl keçidinə icazə verilməsi Vaşinqton görüşündə əldə olunan müsbət dinamikanın davamı olmaqla bərabər, daha dərin qatlarda Nikol Paşinyan və komandasına ünvanlanmış bir jestir.
Proseslərə daha əhatəli rakursdan yanaşarsaq, Bakı artıq beş ildir ki, regionda oyunqurucu statusuna yiyələnib. Yəni,
Cənubi Qafqaz geosiyasi maraqların toqquşduğu məkan olsa da, Azərbaycan faktoru danılmaz reallıq kimi öz təsir gücünü hər gün daha da artırır. Bölgədə varlıq göstərmək istəyən istənilən xarici oyunçu mütləq şəkildə ölkəmizlə uzlaşmağı bacarmalıdır. Buna qədər Fransa, Bayden Amerikası, Avropa Birliyi kimi güclər Azərbaycana əks mövqeydə dayanaraq regiona nüfuz etmək cəhdləri etsələr də, nəticə göz qabağındadır. Yekun da hər biri təşəbbüslərinin uğursuzluğu ilə barışmalı oldular.
Lakin, Ermənistan amili hər zaman regionun zəif halqası hesab olunub və bu üçüncü qüvvələrin bu ölkəyə təsir etmək imkanları kifayət qədər genişdir. Buna səbəb illərlə aparılan yalnış siyasət və nəticəsiz düşmənçilik fəaliyyətidir. Ancaq 44 günlük İkinci Qarabağ Müharibəsi ənənəvi narrativləri dəyişdi və Nikol Paşinyana erməni cəmiyyətinə həqiqətləri aşılamaq üçün tarixi fürsət yaratdı. Bu nədən ibarətdir? Cavab çox sadədir. Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmadan müstəqil olmaq imkanları yoxdur və digər güclərin istəkləri çərçivəsində erməni insanın həyatlarını itirmə ehtimalı hər zaman üçün aktualdır.
Bilindiyi kimi, hazırda Cənubi Qafqaz üçün tarixi fürsətlər pəncərəsi açılıb. Obrazlı şəkildə ifadə edərsək, böyük ticarətlərin perspektivləri regiona yeni bir nəfəs gətirir. Azərbaycan bununla bağlı bütün təşəbbüsləri dəstəkləyir və aktiv iştirakçı kimi çıxış edir. Həmçinin Nikol Paşinyan administrasiyası da bu mövqeydən çıxış edir. Lakin erməni müxalifəti köhnə düşüncələrin əsiri olaraq qarşıdan gələn seçkilərdə müsbət dinamikanı tozlu gündəliklə əvəzləməyə çalışır. Təbii ki, onlar bu prosesdə tək deyil. Kreml bütün imkanlarını səfərbər edərək Ermənistanda yenidən özünə sadiq hakimiyyət formalaşdırmağa çalışır. Belə həssas məqamda Prezident İlham Əliyevin Qazaxıstanda səsləndirdiyi fikirlər, Ermənistana yüklərin daşınmasına icazə verilməsi Paşinyan hökumətinə seçicilər qarşısında sülh gündəliyinin uğurlu nəticələrini təqdim etmək üçün bir jestir.
Siyasi şərhçi Pərviz Mirizadə
Xəbəri paylaş