
Qanunvericilik fəaliyyəti üzrə hökumət komissiyası Rusiya Vergi Məcəlləsinə edilən dəyişiklikləri təsdiqləyib.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu dəyişikliklərə əsasən, əcnəbilər üçün müvəqqəti yaşayış icazəsi almaq üçün rüsum 6000 rubldan 30000 rubla qədər artırılacaq.
Sənəddə deyilir:
"Rusiya Federasiyası Vergi Məcəlləsinin II hissəsinə aşağıdakı dəyişikliklər edilir. 333.28-ci maddənin 1-ci bəndinə aşağıdakı dəyişikliklər edilir. Xarici vətəndaşa və ya vətəndaşlığı olmayan şəxsə yaşayış icazəsinin verilməsi üçün rüsum 30.000 rubl təşkil edir".
Eyni zamanda, Rusiya Silahlı Qüvvələri ilə müqavilə imzalayan şəxslər və onların ailə üzvləri dövlət rüsumlarını ödəməkdən azaddırlar.
Mehman











































